Yuxarı

Zelenski Rusiya ilə dialoq barədə referendum keçirəcək

​Zelenski Rusiya ilə dialoq barədə referendum keçirəcək

Ukraynanın yeni prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlar prosesinin formatı barədə referendum keçirəcək.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Boqdan deyib.

"Biz təkcə deputatlar və prezidentin deyil, həm də Ukrayna xalqının qərar qəbul etməsi üçün [bu məsələnin] xalq referendumuna çıxarılmasını nəzərdən keçiririk", - deyə o, "112 Ukraina" telekanalının efirində bildirib.

Məmurun sözlərinə görə, referenduma Rusiya ilə sülh danışıqlarının nailiyyətləri və Donbass münaqişəsi üzrə qərar barədə məsələ çıxarılacaq.

Zelenskinin komandası bunun üçün referendum barədə qərar qəbul etməyə ümid bəsləyir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi