Zaparojyedə erməni təşkilatının sədri güllələnib

Zaparojyedə erməni təşkilatının sədri güllələnib Hadisə zaman onun mühafizəçisi də yaralanıb
Region
3 Oktyabr , 2017 09:44
Zaparojyedə erməni təşkilatının sədri güllələnib

Bakı. 3 oktyabr. REPORT.AZ/ Ukraynanın Zaparojye vilayətində fəaliyyət göstərən Erməni İttifaqının sədri Artaşes Sarqsyan güllələnib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu təşkilat sədrinin müavini Rudolf Akopyan bildirib.

Hadisə Zaparojye şəhər parkında, Şevçenko bulvarında baş verib. A.Sarqsyan avtomobildən enərkən, ona odlu silahdan atəş açılıb. Güllə A.Sarqsyanın qarın boşluğunu dəlib, keçib. O, xəstəxanaya yerləşdirilib. 

Açılan atəş nəticəsində Erməni İttifaqı sədrinin mühafizəçisi də yaralanıb.

Hadisənən səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi