Bakı. 11 noyabr. REPORT.AZ/ Türkiyənin Çanaqqala əyalətinin Ayvacıq rayonu sahillərində qaçqınların olduğu qayığın batması nəticəsində 14 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.
Məlumata görə, onlar qaçaq yolla Türkiyədən Yunanıstanın Midilli adasına keçmək istəyirmiş. Qayıq Egey dənizində batıb. Türkiyə sahil mühafizə qüvvələrinin əməkdaşları 27 nəfəri xilas edib.
Ölən 14 qaçqının 7-si uşaq olub.