Yuxarı

Egey dənizində qaçqınları daşıyan gəmi və qayıq batıb, 33 nəfər ölüb

Onlar qanunsuz yolla Yunanıstanın Midili adasına keçmək istəyirmişlər

Bakı. 8 fevral. REPORT.AZ/ Qanunsuz yolla Türkiyədən Yunanıstana gedən və qaçqınları daşıyan gəmi və qayığın batması nəticəsində 33 nəfər dənizdə boğularaq ölüb.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb. 

Məlumata görə, Egey dənizinin Türkiyənin İzmir əyaləti Diklili bölgəsi hissəsində göyərtəsində qaçqınlar olan qayığın batması zamanı 11, Balıkəsir əyalətinin Edremit rayonunun Altınonluq məhəlləsi yaxınlığında gəminin batması nəticəsində isə 22 qaçqın ölüb.

Xəbərdə bildirilib ki, onlar qanunsuz yolla Yunanıstanın Midili adasına keçmək istəyirmişlər. 

Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilib. Axtarış-xilasetmə əməliyyatı keçirilir. Keçirilən əməliyyat nəticəsində 4 qaçqın xilas edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi