Yunanıstan 3 FETÖ-çü hərbçiyə siyasi sığınacaq verməyib

Yunanıstan 3 FETÖ-çü hərbçiyə siyasi sığınacaq verməyib Onların sığınma tələbi məhkəmə tərəfindən rədd edilib
Region
21 Sentyabr , 2016 14:55
Yunanıstan 3 FETÖ-çü hərbçiyə siyasi sığınacaq verməyib

Bakı. 21 sentyabr. REPORT.AZ/ Yunanıstan hökuməti Fətullahçı terror təşkilatına (FETÖ) üzv olmaqda şübhəli bilinən 3 hərbçiyə siyasi sığınacaq verməyib.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, onların sığınma tələbi məhkəmə tərəfindən rədd edilib.

Qeyd edək ki, Türkiyədə iyulun 15-də baş vermiş uğursuz dövlət çevrilişi cəhdindən sonra 8 hərbçi helikopterlə Yunanıstana qaçıb. Onlar Afinadan siyasi sığınacaq istəyiblər. Türkiyə isə onların geri qaytarılması ilə bağlı Yunanıstana müraciət edib. 

Son xəbərlər

Orphus sistemi