Yunanıstan polisi və sərhədçiləri Türkiyədən Avropaya keçmək istəyən suriyalı qaçqınlara rezin və həqiqi güllələrlə atəş açıb.
“Report” TGRT-yə istinadən xəbər verir ki, bunu Edirne valiliyi açıqlayıb.
Məlumata görə, qarşıdurmada 1 qaçqın öldürülüb, 5 nəfər isə yaralanıb.
Xatırladaq ki, martın 2-də Yunanıstan tərəfinin atəşi nəticəsində Avropaya keçmək istəyən qaçqın öldürülüb.
Qeyd edək ki, fevralın 27-dən 28-nə keçən gecə İdlib bölgəsində 36 hərbçisinin şəhid olması fonunda Türkiyə suriyalı qaçqınların Avropa İttifaqına yolunu açıb. Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun açıqlamasına görə, artıq 130 mindən çox qaçqın Türkiyədən Avropaya keçə bilib.