Yuxarı

Yüksək vəzifəli hərbçi: "Suriyada 2012-ci ildən İranın 1200 hərbçisi həyatını itirib"

İran KİV: İran İnqilab Keşikçiləri Qvardiyasının bir polkovniki və 3 əsgəri Suriyada öldürülüb

Bakı. 6 iyun . REPORT.AZ/ İran İnqilab Keşikçiləri Qvardiyasının bir polkovniki və 3 əsgəri Suriyada öldürülüb.

"Report" İran KİV-lərinə istinadən xəbər verir ki, qvardiyanın polkovniki Rza Rüstəmi-Müqəddəm Suriyanın Hələb əyalətində gedən döyüşlər nəticəsində öldürülüb.

O, İran-İraq müharibəsinin (1980-88) veteranlarından sayılır.

Əsgərlərdən ikisinin adı açıqlanıb: Qüdrət Abdiyani, Mürtəza Müseyyibzadə.

İnqilab Keşikçiləri Qvardiyasının komandanlarından Eynullah Təbrizinin sözlərinə görə, Suriyada 2012-ci ildən İranın 1200-ə yaxın hərbçisi həyatını itirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi