Yuxarı

Yukiya Amano: "BAEA və İran arasındakı əlaqələr yeni mərhələyə qədəm qoyur"

Bizə İran tərəfdən tam əməkdaşlıq lazımdır

Bakı. 18 yanvar. REPORT.AZ/ "BAEA və İran arasındakı əlaqələr hazırda yeni mərhələyə qədəm qoyur".

"Report" xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano Tehran səfərinin yekunları ilə bağlı danışarkən deyib.

"Biz işimizi qərəzsiz, dəqiq və siyasətdən kənar davam etdirməyə can atırıq. Eləcə də bizə İran tərəfdən tam əməkdaşlıq lazımdır", - Y.Amanonun bəyanatında deyilir.

O, bu gün İranın Atom Enerjisi Təşkilatının sədri və vitse-prezidenti Əli Əkbər Salehi ilə çox konstruktiv və müsbət danışıqlar apardığını da diqqətə çatdırıb: "Biz İran və BAEA arasında əməkdaşlığın gücləndirilməsi barədə razılığa gəldik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi