Aİ rəsmisi​: "Avropa İttifaqı şərq və cənub tərəfdaşlığına yenidən baxacaq"

Aİ rəsmisi​: "Avropa İttifaqı şərq və cənub tərəfdaşlığına yenidən baxacaq" Yohannes Xan: "Riqa sammitində razılaşmanın əldə edilməsi üçün bir sıra praktik addımlar atılacaq"
Region
20 May , 2015 10:51
Aİ rəsmisi​: Avropa İttifaqı şərq və cənub tərəfdaşlığına yenidən baxacaq

Bakı. 20 may. REPORT.AZ/ "Avropa İttifaqı sərhədlərindən şərqdə baş verən bir sıra məyusedici hadisələr ittifaqın özü və onun qərarlılğı üçün yoxlamadır".

"Report" xəbər verir ki, Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan "The Parliament Magazine" saytında yayılan məqaləsində belə yazıb. 

O qeyd edib ki, "Şərq tərəfdaşlığına" strateji əhəmiyyət verirlər və Riqa sammitinə də bu baxımdan yanaşırlar: "Biz altı tərəfdaşımızın - Azərbaycan, Belarus, Gürcüstan, Ukrayna, Moldova və Ermənistanın Avropa İttifaqına yanaşma səviyyələrindən asılı olmayaraq, onlarla fərdi münasibət, daha sıx əlaqə saxlamağa çalışır və qətiyyət göstərmək istəyirik. "Şərq tərəfdaşlığı" tərəfdarlarımızın arzuları və maraqlar əsasında inkluziv layihələr, əməkdaşlığımızın gələcəkdə şaxələnməsinin mərkəzində olması üçün müəyyənləşib".

Müəllif yazıb ki, Aİ şərq tərəfdaşlığına həmişə şəffaf, tərəfdar dövlətlərin tələb və maraqları nəzərə alınmaqla yanaşıb: "Avropa İttifaqı şərq, eləcə də cənub tərəfdaşlığına özünün maraqlarını vurğulamaqla yenidən baxacaq".

Onun yazdığına əsasən, Riqa görüşü sadəcə, qarşılıqlı siyasi əlaqələri nümayiş etdirməyəcək, eləcə də razılaşmanın əldə edilməsi üçün bir sıra praktik addımlar atılacaq. 

Son xəbərlər

Orphus sistemi