Ermənistanda yezidilər hərbçinin naməlum şəraitdə ölməsinin aydınlaşdırılmasını istəyir

Ermənistanda yezidilər hərbçinin naməlum şəraitdə ölməsinin aydınlaşdırılmasını istəyir “Qoy, bizimlə intihar versiyasını müzakirə etməyə cəhd göstərməsinlər”.
Region
4 Dekabr , 2019 15:31
Ermənistanda yezidilər hərbçinin naməlum şəraitdə ölməsinin aydınlaşdırılmasını istəyir

“Qoy, bizimlə intihar versiyasını müzakirə etməyə cəhd göstərməsinlər”.

“Report” “Epress”ə istinadən xəbər verir ki, bunu Yezidilərin Milli Komitəsi ictimai təşkilatının sədr müavini Saşik Sultanyan “Facebook” səhifəsində yazıb.

“Dünən (dekabrın 2-də - red.) Qarabağda (Ermənistanın işğal altında saxladığı Azərbaycan bölgəsi - red.) əsgər naməlum şəraitdə səngərdə ölüb. Bu, əsgər yezididir. Qohumumdur. Mardakertdə (keçmiş Ağdərə rayonu - red.) hərbi hissədə növbəti dəfə baş verən hadisədən komandanlıq dərs almayıb. İstintaq orqanları və komandanlığın belə hallara laqeyd qalmasını izah etmək mümkün deyil. Bizim vətəndaşlarımıza, dövlət ideyasına münasibətimiz yalnız dinc şəraitdə ölənlərlə bağlı cinayət işlərinin açılması ilə müəyyənləşir”, - deyə Saşik Sultanyan yazıb.

Onun sözlərinə görə, dekabrın 2-də Qarabağda 21 yaşlı hərbçi, yezidi Artur Əcəmyan naməlum şəraitdə ölüb, 1999-cu ildə anadan olmuş yezidi David Melikbekyan isə yaralanıb: “Bütün sosial şəbəkələrdə Arturun intihar etdiyi barədə informasiya yayılıb. Cəfəngiyyatdır! O, yaşamağı sevirdi, hərbi xidmətdən yayınmadı... Zabit bizə onun ənsə nahiyəsindən odlu silahdan açılan atəşdən aldığı ölümcül yaradan öldüyünü dediyi halda, intihardan söhbət gedə bilməz”.

Yezidi icmasının nümayəndələri Əcəmyanın ölümünün açılması tələbi ilə Ermənistan Məhkəmə-Tibbi Elmi-Praktik Mərkəzinin həyətinə toplaşaraq ölüm işinin açılmasını tələb ediblər. 

Son xəbərlər

Orphus sistemi