Yevgeni Primakov vəfat edib

Yevgeni Primakov vəfat edib Putin onun qohumlarına və yaxınlarına başsağlığı verib
Region
26 İyun , 2015 13:46
Yevgeni Primakov vəfat edib

Bakı. 26 iyun. REPORT.AZ/ Rusiyanın keçmiş baş naziri və sabiq xarici işlər naziri Yevgeni Primakov 86 yaşında vəfat edib. "Report"un xəbərinə görə, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiya prezidenti Vladimir Putin Yevgeni Primakovun ölümü ilə bağlı başsağlığı verib. Bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: "Yevgeni Maksimoviç Primakovun vəfatı ilə bağlı prezidentə məruzə edilib. Prezident onun qohumlarına və yaxınlarına başsağlığı verib".

Onun sözlərinə görə, Putin Primakovla həmfikir idi: "Primakov böyük dövlət xadimi, alim, siyasətçi idi. O, özündən sonra böyük irs qoyub". 

Qeyd edək ki, Y.Primakov 1929-cu ildə Kiyevdə (Ukrayna) anadan olub. O, Sovet İttifaqının son illərində bu dövlətin rəhbərlərindən biri olub. O, sonrakı illərdə Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru (1991-1996), xarici işlər naziri (1996-1998), baş naziri (1998-2000) vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi