Yuxarı
    Bağlamaq

    ​Yerevanın simvolu söküləcək

    Qərar Ermənistan Arxitektorlar İttifaqı və İctimai Şurasının etirazına səbəb olub

    Bakı.15 yanvar. REPORT.AZ/ Yerevan şəhər meriyasının qərarı ilə "Zvartnots" hava limanının binası söküləcək.

    "Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

    Amma qərar Ermənistan Arxitektorlar İttifaqı və İctimai Şurasının etirazına səbəb olub.

    Qeyd edək ki, "Zvartnots" hava limanı keçmiş SSRİ dövründə tikilib. 1980-ci ildə istifadəyə verilən hava limanı Ermənistanın, o cümlədən Yerevanın simvollarından biri sayılır.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi