Bakı. 17 aprel. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevan şəhərinin mərkəzində, Respublika meydanında müxalifətin mitinqi başlayıb.
"Report"un Ermənistan KİV-inə istinadən verdiyi xəbərə görə, aksiya "Mənim Addımım" təşkilatının təşəbbüsü ilə keçirilir.
Mitinq iştirakçıları ölkənin keçmiş prezidenti Serj Sarqsyanın baş nazir təyinatına etiraz edirlər.