Yuxarı

Yerevanın mərkəzində Ermənistan müxalifəti mitinq keçirir

Aksiya Serj Sarqsyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinə etiraz olaraq təşkil edilib

Bakı. 13 aprel. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanın mərkəzində yerləşən Azadlıq meydanında müxalifətdə olan Vətəndaş Müqaviləsi Partiyasının sədri Nikola Paşinyanın tərəfdarlarının mitinqi başlayıb.

"Report"un Ermənistan KİV-inə istinadən verdiyi məlumata görə, aksiyada kifayət qədər insan iştirak edir, meydan tamamilə dolub.

Deputat Nikola Paşinyan vətəndaşları mitinqdə aktiv iştirak etməyə çağırıb.

Xatırladaq ki, aksiya Serj Sarqsyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinə etiraz olaraq təşkil edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi