Yerevanın mərkəzində 200-ə yaxın etirazçı qalıb

Yerevanın mərkəzində 200-ə yaxın etirazçı qalıb Fəallar bildiriblər ki, gecə sakit keçib və polis heç bir addım atmayıb
Region
1 İyul , 2015 09:53
Yerevanın mərkəzində 200-ə yaxın etirazçı qalıb

Bakı. 1 iyul. REPORT.AZ/ Yerevanın mərkəzində 200-ə yaxın etirazçı qalıb. "Report" xəbər verir ki, məlumatı "RİA Novosti" agentliyi yayıb.  

Agentlik iddia edir ki, meydanda qalanlar əsasən tələbələr və işsiz gənclərdir. Xəbərə görə, orta yaşlı insanlar Baqramyan prospektinə adətən axşam iş günündən sonra gəlir və gecə saat 2-3-ə qədər qalıb, evlərinə gedirlər: "Gənclər gecələr prospektdə qalır, burada rəqs edir, mahnı oxuyurlar".

Fəallar bildiriblər ki, bir gün əvvəlki kiçik insidentə baxmayaraq, gecə sakit keçib və polis heç bir addım atmayıb.

Hazırda etirazçılar zibil qutularından qurulan barrikadanın yanında öz düşərgələrinin təmizlənməsi ilə məşğuldurlar. Bu işdə onlara bələdiyyə işçisi kömək edir, düşərgəyə həmçinin zibil maşını gəlib. Aksiya keçirilən meydanı bir neçə polis maşını mühafizə edir.

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilir. Müxtəlif şəhər və rayonlarda minlərlə insan küçələrə çıxaraq hökumətin qərarına etiraz bildirir. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və həmin gün 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb. Aksiya davam edir.

Son xəbərlər

Orphus sistemi