Ermənistanda istilik elektrik stansiyalarında qəza baş verib, ölkə işıqsız qalıb

Ermənistanda istilik elektrik stansiyalarında qəza baş verib, ölkə işıqsız qalıb Ermənistan paytaxtı Yerevan şəhərinin elektrik təchizatında fasilə yaranıb və bununla əlaqədar hazırda metrodan sərnişinlər təxliyyə olunurlar.
Region
10 İyul , 2019 14:12
Ermənistanda istilik elektrik stansiyalarında qəza baş verib, ölkə işıqsız qalıb

Ermənistan paytaxtı Yerevan şəhərinin elektrik təchizatında fasilə yaranıb və bununla əlaqədar hazırda metrodan sərnişinlər təxliyyə olunurlar.

“Report” bu barədə “İnterfax”a istinadən xəbər verir ki, paytaxtın hər yerində elektrik təchizatı dayandırıldığından telefon rabitəsi və internetdə də çətinliklər yaranıb.

“Ermənistan Elektrik Şəbəkələri” QSC-dan hadisənin səbəblərini müəyyənləşdirmək üçün yoxlamalar aparıldığını bildiriblər.

Baş nazir müavini Tiqran Aviniyan “Facebook” səhifəsində enerji sistemindəki qəza ucbatından Yerevan İES-in və Razdan İES-in 5-ci blokunun fəaliyyətini dayandırdığını açıqlayıb.

Baş nazir müavini İstilik Elektrik Stansiyalarında baş verən qəza ilə bağlı ölkə boyu elektrik təchizatının dayana biləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi