Yerevanın Davtaşen rayonunun keçmiş rəhbərinə qarşı ittihamlar irəli sürülüb

Yerevanın Davtaşen rayonunun keçmiş rəhbərinə qarşı ittihamlar irəli sürülüb Ermənistanın paytaxtı Yerevanın Davtaşen rayonunun keçmiş rəhbəri Ruslan Baqdasaryana qarşı bir sıra ittihamlar irəli sürülüb.
Region
11 Noyabr , 2019 23:37
Yerevanın Davtaşen rayonunun keçmiş rəhbərinə qarşı ittihamlar irəli sürülüb

Ermənistanın paytaxtı Yerevanın Davtaşen rayonunun keçmiş rəhbəri Ruslan Baqdasaryana qarşı bir sıra ittihamlar irəli sürülüb.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Ermənistan Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Arevik Xaçatryan bildirib ki, Baqdasaryan bir neçə cinayət əməlində təqsirli bilinir. Belə ki, Davtaşen rayonunun keçmiş rəhbəri külli miqdarda vəsaitin mənimsənilməsində, vəzifə saxtakarlığında və sənədlərin saxtalaşdırılmasında ittiham edilir. Məlumata görə, o, bu cinayətləri bir qrup şəxslə birlikdə törədib.

Ermənistan Prokurorluğunun rəsmisi qeyd edib ki, ibtidai istintaq orqanı Baqdasaryanın həbsi ilə bağlı məhkəmə qarşısında vəsatət qaldırıb. 

Son xəbərlər

Orphus sistemi