Yerevandakı aksiyada “Çıxış” müxalifət bloku liderinin oğlu tutulub

Yerevandakı aksiyada “Çıxış” müxalifət bloku liderinin oğlu tutulub O, inzibati qaydaları pozmaqda şübhəli bilinir
Region
17 Aprel , 2018 14:05
Yerevandakı aksiyada “Çıxış” müxalifət bloku liderinin oğlu tutulub

Bakı. 17 aprel. REPORT.AZ/ Ermənistan parlamentinin üzvü, “Çıxış” müxalifət blokunun sədri Nikol Paşinyanın oğlu Aşot Paşinyan tutulub.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, aprelin 17-də Yerevanda polis etiraz aksiyasına qatılan 29 nəfəri tutub.

Onların arasında Aşot Paşinyan da olub. Onlar inzibati qaydaları pozmaqda şübhəli bilinirlər. 

Polis onun tutulmadığını bildirsə də, Aşot Paşinyan Yerevanın Şenqavit Rayon Polis Şöbəsində üç saat saxlanıldıqdan sonra buraxıldığını söyləyib.

Son xəbərlər

Orphus sistemi