Yuxarı

Yerevanda 3 gənc bıçaqlanıb

​Yerevanda xəstəxanaya bıçaqlanmış 3 gənc çatdırılıb

Yerevanın "Erebuni" Tibb Mərkəzinə bıçaq xəsarətləri almış 3 gənc çatdırılıb.

Bu barədə "Report" "Shamshyan.com"a istinadən xəbər verir.

Bildirilir ki, bunlar 17 yaşlı Sergey K, 18 yaşlı Ovsep M. 18 yaşlı Emil K.-dır. Onlar müxtəlif dərəcəli xəsarətlər alıblar. Gənclərin hansı şəraitdə bıçaqlanmaları barədə məlumat verilmir.

Qeyd edilir ki, hadisə Horenaçi küçəsində baş verib. Yerevan polisi faktla bağlı araşdırmalara başlayıb, hadisənin başvermə şəraiti müəyyənləşdirilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi