Yerevanda maskalı şəxs valyutadəyişmə məntəqəsinə silahlı basqın edib

Yerevanda maskalı şəxs valyutadəyişmə məntəqəsinə silahlı basqın edib Hadisə dekabrın 9-da baş verib
Region
9 Dekabr , 2016 13:30
Yerevanda maskalı şəxs valyutadəyişmə məntəqəsinə silahlı basqın edib

Bakı. 9 dekabr. REPORT.AZ/ Ermənistan paytaxtı Yerevanda maskalı şəxs puldəyişmə məntəqəsinə silahlı basqın edib. 

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə dekabrın 9-da baş verib. 

Polisin məlumatına görə, üzü maskalı naməlum şəxs mağazada yerləşən valyutadəyişmə məntəqəsinin əməkdaşını odlu silahla qorxudaraq pulları verməsini tələb edib. Lakin valyutadəyişmə məntəqəsinin əməkdaşı pulları verməkdən imtina edib. Bundan sonra maskalı şəxs əlindəki silahdan mağazanın içində atəş açıb. Sonra isə hadisə yerindən qaçaraq, gizlənib.

Hadisə yerinə hüquq-mühafizə orqanının əməkdaşları gəlib. Hazırda faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi