Yerevanda ticarət mərkəzinin əməkdaşları hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər

Yerevanda ticarət mərkəzinin əməkdaşları hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər Bakı. 3 sentyabr. REPORT.AZ/ “Arinç mall” ticarət mərkəzinin əməkdaşları Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər.
Region
3 Sentyabr , 2018 11:45
Yerevanda ticarət mərkəzinin əməkdaşları hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər

Bakı. 3 sentyabr. REPORT.AZ/ “Arinç mall” ticarət mərkəzinin əməkdaşları Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onlar idxal olunan geyimlərə xidmət haqqının artırılmasına etiraz edirlər.

Bildirilib ki, Ermənistanın gömrük sərhəd məntəqəsində idxal olunan xarici geyimlərin hər kiloqramına 2 dollardan çox rüsum alınır. İndiyədək hər kq üçün 2 dollar rüsum təşkil edib, hazırda bu rəqəm 3 dollaradək qaldırılıb.

“İnqilabdan sonra bu rüsumun 70 sent olacağını düşünürdük. Ancaq əksinə, qiymət 4,80 dollaradək qalxdı”, - “Həmrəylik” ictimai təşkilatının başçısı Armen Nersisyan bildirib. O, hökumətdən məsələyə yenidən baxılmasını tələb ediklərini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi