Yuxarı

Yerevanda ticarət mərkəzində satıcılarla vergi müfəttişləri arasında dava düşüb

Vergi Nazirliyinin əməkdaşları yoxlama aparmaqda çətinlik çəkdiklərini bildiriblər

Bakı. 3 noyabr. REPORT.AZ/ Yerevanda “Arinç mol” ticarət mərkəzində satıcılarla dövlət vergi müfəttişinin əməkdaşları arasında dava düşüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, noyabrın 3-də müfəttişlər ticarət mərkəzindəki dükanlarda yoxlama aparmağa cəhd göstəriblər. Ancaq satıcılardan biri müfəttişi dükana buraxmayıb. Onlar arasında mübahisə yaranıb. Sonra hadisə yerinə başqa dükanların satıcıları toplaşıblar. Vergi Nazirliyinin əməkdaşları yoxlama aparmaqda çətinlik çəkdiklərini, gec-tez satıcılarla aralarında böyük dava-dalaş düşəcəyini bildiriblər.

Qeyd edək ki, oktyabrın 31-də Ermənistanın paytaxtı Yerevanda “Arinç” və “Surmalu” yarmarkalarının sahibkarları parlamentin binası qarşısında etiraz aksiyası keçiriblər. Onlar Vergi Məcəlləsinə dəyişikliklərə etiraz ediblər. Aksiya iştirakçıları vergi ödəməkdən yayınmaq istəmədiklərini bildiriblər: “İndi vergi adı altında bizi əlavə olaraq yükləyiblər. Dəyişikliklərə əməl etmək məqsədilə sahibkarlar yeni əməkdaşlar qəbul etməlidirlər. Vergi xidməti bizdən idxal edilən hər mal üçün sənəd tələb edir. Bu isə kağız oyunudur. Ona görə də bu işlə məşğul olmaq üçün biz yeni işçi götürməliyik”.

Mütəxəssislər hesab edirlər ki, Ermənistanda işsizliyin qarşısını almaq üçün sahibkarlardan əlavə işçi götürmələri tələb edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi