Yerevanda tələbələrlə polis arasında toqquşma baş verib - VİDEO

Yerevanda tələbələrlə polis arasında toqquşma baş verib - VİDEO Bakı. 16 aprel. REPORT.AZ/ Yerevanda etirazçı tələbələrlə polis arasında toqquşma baş verib.
Region
16 Aprel , 2018 09:50
Yerevanda tələbələrlə polis arasında toqquşma baş verib - VİDEO
aysor.am

Bakı. 16 aprel. REPORT.AZ/ Yerevanda etirazçı tələbələrlə polis arasında toqquşma baş verib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, aprelin 16-da Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi ölkənin keçmiş prezidenti Serj Sarqsyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib.

Onlar dərsə girməyiblər və oturaq aksiya keçirirlər. 

Tələbələr Yerevanın Baqramyan prospektini bağlayıblar. Bu səbəbdən şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkəti ifliç olub və tıxac yaranıb. Polis aksiya iştirakçılarını yolu açmağa çağırıb. Tələbələr isə bu tələbə məhəl qoymayıblar. Bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.  

Qeyd edək ki, aprelin 13-də Serj Sarqsyanın baş nazir olmasının qarşısının alınması məqsədi ilə Yerevanda bir sutka fasiləsiz mitinq keçirilib.

Aprelin 14-də Ermənistanın hakim Respublikaçılar Partiyası S.Sarqsyanın baş nazir postuna namizədliyini rəsmi olaraq irəli sürüb. Baş nazirin namizədliyi parlamentin aprelin 17-də keçiriləcək iclasında təsdiqlənəcək. 

Son xəbərlər

Orphus sistemi