Yerevanda təcili tibbi yardım xidmətinin həkiminə hücum olub

Yerevanda təcili tibbi yardım xidmətinin həkiminə hücum olub Adı açıqlanmayan şəxs həkimi döyüb
Region
30 Oktyabr , 2017 11:58
Yerevanda təcili tibbi yardım xidmətinin həkiminə hücum olub

Bakı. 30 oktyabr. REPORT.AZ/ Yerevanda təcili tibbi yardım həkimlərinə hücum edilib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, hadisə şəhərin Lepsus küçəsində baş verib.

Məlumata görə, adı açıqlanmayan şəxs təcili tibbi yardım briqadasının həkiminə hücum edərək, onu döyüb. Həkimin aldığı xəsarətlərin dərəcəsini müəyyənləşdirmək üçün məhkəmə-tibbi ekspertizası təyin olunub.

Qeyd edək ki, Ermənistanda həkimlərə, eləcə də təclili tibbi yardım briqadasının həklimlərinə belə hücumlar tez-tez olur. Bu ilin yanvarında həkim bıçaqlamışdılar. Bundan başqa, mart ayında feldşerə hücum olmuşdu. Ölkədə təcili tibbi yardım xidmətinin tibb bacısına da hücum edilib. 

Son xəbərlər

Orphus sistemi