Yerevanda avtobus sürücüləri tətil elan edib

Yerevanda avtobus sürücüləri tətil elan edib Bakı. 7 mart. REPORT.AZ/ Yerevanda “Avtobus” Qapalı Səhmdar Cəmiyyətinin sürücüləri tətil elan edib.
Region
7 Mart , 2019 12:32
Yerevanda avtobus sürücüləri tətil elan edib

Bakı. 7 mart. REPORT.AZ/ Yerevanda “Avtobus” Qapalı Səhmdar Cəmiyyətinin sürücüləri tətil elan edib.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Martın 7-də 250-dən çox sürücü işə çıxmaqdan imtina edib. Sürücülər gündəlik planın artırılmasına narazılıqlarını bildiriblər. Onlar deyib ki, əvvəllər gündəlik işlədikləri məbləğin bir hissəsini plana verirmişlər. İndi isə plan artırılandan sonra yerdə qalan məbləğ sürücüləri qane etmir. 

Son xəbərlər

Orphus sistemi