Yuxarı
    Bağlamaq

    Yerevanda şirkət direktoru intihar edib

    David Melkumyan Ermənistanın Tauş rayonunun sakinidir

    Bakı. 18 yanvar. REPORT.AZ/ Yerevanda David Melkumyan adlı 34 yaşlı iş adamı özünü “Azatyun” prospektində 12-ci mərtəbədən ataraq, intihar edib.

    “Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, onun ölümü haqda məlumatı qardaşı yayıb.

    David Melkumyan Ermənistanın Tauş rayonunun sakinidir. “Tavuş proyekt” adlı Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktorudur. Məlumata görə, onun iki övladı var.

    Qeyd edək ki, bir müddət əvvəl Yerevanın 39 yaşlı sakini Arman Baqdasaryan da özünü şəhərdəki Kiyev körpüsündən ataraq ölüb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi