Bakı. 18 iyul. REPORT.AZ/ Yerevanda dünən naməlum silahlı şəxslər tərəfindən ələ keçirilmiş polis binasından daha bir girov azad edilib.
"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, bundan əvvəl daha iki girovun azad olunduğu xəbər verilib.
Xatırladaq ki, iyulun 17-də Yerevanda naməlum silahlı şəxslər polis binasını ələ keçiriblər. Hücum zamanı 6 polis əməkdaşı girov götürülüb. Bundan əlavə, patrul-post alayının rəis müavini Artur Vanoyan öldürülüb, hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı yaralanıb.
Hazırda fakt üzrə cinayət işi açılıb.