Yerevanda silahlı şəxslərin ələ keçirdiyi polis binasındakı girovlardan biri azad edilib

Yerevanda silahlı şəxslərin ələ keçirdiyi polis binasındakı girovlardan biri azad edilib Bundan əvvəl daha iki girovun azad olunduğu xəbər verilib
Region
18 İyul , 2016 17:49
Yerevanda silahlı şəxslərin ələ keçirdiyi polis binasındakı girovlardan biri azad edilib

Bakı. 18 iyul. REPORT.AZ/ Yerevanda dünən naməlum silahlı şəxslər tərəfindən ələ keçirilmiş polis binasından daha bir girov azad edilib.

"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, bundan əvvəl daha iki girovun azad olunduğu xəbər verilib.

Xatırladaq ki, iyulun 17-də Yerevanda naməlum silahlı şəxslər polis binasını ələ keçiriblər. Hücum zamanı 6 polis əməkdaşı girov götürülüb. Bundan əlavə, patrul-post alayının rəis müavini Artur Vanoyan öldürülüb, hüquq-mühafizə orqanlarının bir neçə əməkdaşı yaralanıb.

Hazırda fakt üzrə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi