Yerevanda silahlı qruplaşma deputatlarla görüş tələb edir

Yerevanda silahlı qruplaşma deputatlarla görüş tələb edir Onlar atışma zamanı yaralanan qruplaşma üzvlərinə tibbi yardım göstərmək üçün gələn həkimləri girov götürmüşdülər
Region
27 İyul , 2016 17:31
Yerevanda silahlı qruplaşma deputatlarla görüş tələb edir

Bakı. 27 iyul. REPORT.AZ/ Yerevanda polis bölməsini ələ keçirən silahlı qruplaşma Ermənistan parlamentinin deputatları ilə görüş tələb edirlər.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Təsis parlamenti" müxalifət hərəkatının üzvü, ASALA terror qruplaşmasının keçmiş üzvü Alek Yeniqomşyan məlumat verib.

O, qruplaşma üzvlərinin parlamentarilərlə müzakirə edəcəyi məsələləri açıqlamayıb.

Qeyd edək ki, daha əvvəl Ermənistan polisinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Aşot Aqaronyan polislə silahlı atışmada yaralanmış qruplaşma üzvlərinə tibbi yardım göstərmək üçün hadisə yerinə getmiş həkimlərin girov götürüldüyünü bildirmişdi.

Xatırladaq ki, iyulun 27-nə keçən gecə silahlı qruplaşmanın üzvləri ilə polis arasında atışma baş verib. Atışma nəticəsində 3 nəfər - qruplaşmanın lideri Pavel Manukyan, onun oğlu Aram, eləcə də hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb. Polisin məlumatına görə, qruplaşma üzvlərindən daha iki yaralı alayın ərazisindədir.

Son xəbərlər

Orphus sistemi