Yerevanda Rusiyaya qarşı aksiya keçirilir - VİDEO

Yerevanda Rusiyaya qarşı aksiya keçirilir - VİDEO Aksiya iştirakçıları Rusiyadan Qarabağ separatçılarının sponsoru Levon Ayrapetyanı həbsdən azad etməyi tələb edir
Region
19 Aprel , 2016 14:21
Yerevanda Rusiyaya qarşı aksiya keçirilir - VİDEO

Bakı. 19 aprel. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda Rusiyaya qarşı aksiya başlayıb. "Report" "News.am"a istinadən xəbər verir ki, aksiya iştirakçıları "Respublika" meydanından yürüşə çıxıb və Xarici İşlər Nazirliyinin binasına doğru irəliləyiblər. Nümayişçilər buradan da Rusiya səfirliyinə tərəf yollanacaqlar.

Etirazçılar Rusiyadan Başqırdıstanın keçmiş senatoru İqor İzmestyevin anasından dələduzluq yolu ilə 700 min dollar məbləğində pul oğurladığına görə Moskva məhkəməsi tərəfindən 4 il müddətinə azadlıqdan məhrum edilmiş Qarabağ separatçılarının sponsoru Levon Ayrapetyanı həbsdən azad etməyi tələb edirlər.

Aksiya iştirakçıları L.Ayrapetyanın azad edilməsinə vasitəçi olması tələbi ilə Ermənistan Xarici İşlər Nazirliyinə məktub vermək niyyətindədirlər. Bundan sonra etirazçılar eyni tələblərlə Rusiyanın Ermənistandakı səfirliyinə yönələcəklər.

Son xəbərlər

Orphus sistemi