Ermənistanda polislə aksiya iştirakçıları arasında toqquşma olub, həbs olunanlar var - YENİLƏNİB-2

Ermənistanda polislə aksiya iştirakçıları arasında toqquşma olub, həbs olunanlar var - YENİLƏNİB-2 Yerevanda polis 16 aksiya iştirakçısını həbs edib.
Region
14 Mart , 2019 15:25
Ermənistanda polislə aksiya iştirakçıları arasında toqquşma olub, həbs olunanlar var - YENİLƏNİB-2
0 : 00
0 : 00

Yerevanda polis 16 aksiya iştirakçısını həbs edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu Yerevanın polis bölməsindən bildiriblər.

Sahibkarlar deyiblər ki, kafenin sökülməsi ilə bağlı merin qəbul etdiyi qərar qanunsuzdur: “Biz həmin ərazini 2026-cı ilədək icarəyə götürmüşük. Merin qərarı nəticəsində 400-dək insan işsiz qalacaq”. 


*** 14:48

Yerevanda kafenin işçiləri Azadlıq meydanında etiraz aksiyasını davam etdirirlər. 

“Report” xəbər verir ki, bu barədə “Novosti Armeniya” məlumat yayıb. 

Bildirilib ki, hazırda “Atlantis qarden” kafesi sökülür. Aksiya iştirakçıları “Siz kimsiniz?Əvvəlkilərdən nə ilə fərqlənirsiniz? Hökumət başçısı haradadır? Yerevan meri haradadır?” kimi şüarlar səsləndirirlər. 

Onlar şəhər meri Ayk Marutyanla görüş tələb edirlər.


*** 13:11

Ermənistan paytaxtı Yerevanda polislə etiraz aksiyasının iştirakçıları arasında toqquşma olub.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Aksiya iştirkçıları Akademik Opera və Balet Teatrının ərazisində fəaliyyət göstərən kafenin söklüməsinə etirazlarını bildiriblər. Polis güc tətbiq edərək aksiyanı dağıdıb. Bu zaman asayiş keşikçiləri ilə etirazçılar arasında toqquşma olub. Bununla belə kafenin əməkdaşları başqa ərazidə oturaq aksiya təşkil ediblər.

Qeyd edək ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk dəfə aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub. 

Son xəbərlər

Orphus sistemi