Yuxarı

​Yerevanda polis dinc mitinqi dağıdıb, qarşıdurma olub, tutulanlar var - VİDEO

Polis müxalifət təmsilçilərinin meydanda qurduğu çadırları söküb

Bakı. 10 dekabr. REPORT.AZ/ Yerevanın "Azadlıq" meydanında müxalifətin dinc aksiyası dağıdılıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Məlumata görə, meydandakı müxalifət təmsilçiləri ilə polislər arasında qarşıdurma yaranıb. Etiraz aksiyasının iştirakçıları arasında tutulanların olduğu bildirilib.

İnformasiyaya əsasən, polis müxalifət təmsilçilərinin meydanda qurduğu çadırları söküb.

Qeyd edək ki, dekabrın 6-da Ermənistanda Konstitusiya islahatına dair referendum keçirilib. Mərkəzi Seçki Komissiyasının yaydığı məlumata görə, referendumda iştirak edənlərin 63,35 faizi Konstitusiya islahatı layihəsinin lehinə səs verib.

Dəyişikliklərə əsasən, Ermənistanda prezident 7 il müddətinə seçiləcək. Dövlət başçısını parlament seçəcək. Ötən gecə müxalifət Yeveranın "Azadlıq" meydanında etiraz aksiyasını davam etdirib. Aksiya dekbarın 1-də başlayıb. Müxalifət dekabrın 10-da da mitinq keçirməyi planlaşdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi