​Yerevanda polis etirazçıların aksiyasını dağıdıb - YENİLƏNİB

​Yerevanda polis etirazçıların aksiyasını dağıdıb - YENİLƏNİB Polis prospekti aksiyaçılardan təmizləyib
Region
6 İyul , 2015 14:29
​Yerevanda polis etirazçıların aksiyasını dağıdıb - YENİLƏNİB

Bakı. 6 iyul. REPORT.AZ/ Erməni polisi Yerevanın Baqramyan prospektində etirazçıları avtobuslara mindirərək, aksiya yerindən uzaqlaşdırıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Polis prospekti aksiyaçılardan təmizləyib. Məlumata görə, 40-50 aksiya iştirakçısı saxlanılıb.

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilirdi. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıdıb və həmin gün 237 aksiya iştirakçısı həbs olunub. Onlara qarşı Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi açılıb.

***13:45

Bakı. 6 iyul. REPORT.AZ/ Yerevanın Baqramyan prospektində polis barrikadanı sökməyə başlayıb. "Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Polis aksiya iştirakçılarına Bakı vaxtı ilə 13.30-dək vaxt vermişdi. Aksiya iştirakçıları polisə müqavimət göstərir.

Son xəbərlər

Orphus sistemi