Yuxarı

​Yerevanın patrul-mühafizə polkunu ələ keçirmiş silahlılar polis avtomobilini yandırıblar - VİDEO

Silahlılar artıq 8 gündür polkun binasını ələ keçiriblər

Bakı. 25 iyul. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda patrul-mühafizə polkunun binasını bir neçə gün əvvəl ələ keçirmiş silahlı şəxslər yanğın hadisəsi törədiblər.

"Report" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan polisi məlumat yayıb.

Polisin yaydığı məlumata görə, özlərini "Sasun cəsurları" adlandıran silahlı qruplaşma patrul-mühafizə polkunun avtomobilini yandırıblar. Onlar bundan sonra alova bürünmüş avtomobili küçəyə çıxarıblar.

Ermənistanın hüquq-mühafizə orqanları isə silahlı qrup üzlərini vətəndaşların həyat və sağlamlığına təhlükə törədə bilən hərəkətlərdən çəkinməyə, gərginlik yaratmamağa çağırıb.

Qeyd edək ki, silahlı şəxslər artıq 8 gündür Yerevanın patrul-mühafizə polkunun binasını ələ keçiriblər.



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi