Yerevanda növbəti etiraz aksiyası keçiriləcək

Yerevanda növbəti etiraz aksiyası keçiriləcək Dünən keçirilən aksiya zamanı etirazçılarla polis arasında toqquşma baş verib
Region
20 Mart , 2017 09:43
Yerevanda növbəti etiraz aksiyası keçiriləcək
Reuters

Bakı. 20 mart. REPORT.AZ/  Martın 20-də Yerevanın Azadlıq meydanında növbəti etiraz aksiyasının keçirilməsi planlaşdırılır. "Report" Ermənistan KİV-inə isinadən xəbər verir ki, etirazçılar baş prokuror Artur Davtyanın istefası və Artur Sarkisyanın həbsə məhkum olunmuş hakimə qarşı cinayət işinin başlanılmasını tələb edirlər.

Qeyd edək ki, dünən Yerevanda aksiya zamanı etirazçılarla polis arasında toqquşma baş verib.

Xatırladaq ki, "Sasna tsrer" silahlı qruplaşmasına göstərdiyi dəstəkdə (onlara maşınla ərzaq gətirib) ittiham olunan Artur Sarkisyan martın 16-da "Ermənistan" tibb mərkəzində ölüb.

Son xəbərlər

Orphus sistemi