Yerevanda biznes mərkəzində atəş açan şəxs saxlanılıb - YENİLƏNİB

Yerevanda biznes mərkəzində atəş açan şəxs saxlanılıb - YENİLƏNİB Yerevanın mərkəzindəki “Erebuni” biznes mərkəzinə hücum edən silahlı şəxs saxlanılıb.
Region
23 Yanvar , 2020 17:08
Yerevanda biznes mərkəzində atəş açan şəxs saxlanılıb - YENİLƏNİB

Yerevanın mərkəzindəki “Erebuni” biznes mərkəzinə hücum edən silahlı şəxs saxlanılıb.

Bu barədə “Report” Ermənistan KİV-inə istinadən xəbər verir.

Kişinin təslim olduğu və silahını yerə qoyduğu qeyd olunur.

Polisin ilkin məlumatına görə, zərərçəkən yoxdur. Bildirilib ki, hazırda vəziyyət sabit və nəzarət altınadır.

Hücum edən şəxsin təkbaşına olduğu vurğulanıb. Onun hansı səbəbdən biznes mərkəzinə hücum etdiyi hələ müəyyənləşdirilməyib.


*** 16:05

Ermənistanın paytaxtı Yerevanın mərkəzindəki “Erebuni” biznes mərkəzində naməlum şəxs atəş açıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, hazırda mərkəz polis tərəfindən mühasirəyə alınıb, mərkəzə giriş-çıxış yasaqlanıb.

Olay yerinə Ermənistan Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları da gəlib. Polis atəş açan şəxsi neytrallaşdırmağa çalışır.

Qeyd edək ki, bu biznes mərkəzində Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ofisi də var. KİV atışmanın keçmiş dövlət başçısının tərəfdarlarına qarşı yönəldilə biləcəyini istisna etmir.

Son xəbərlər

Orphus sistemi