Yuxarı

Yerevanda müxalifətin etiraz aksiyası davam edir

Ötən gecə Yerevanda Azaldıq meydanında 50-yə yaxın müxalifət təmsilçisi qalıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Yerevanda müxalifətin toplantısı başlayıb, saat 18.00-da isə "Azadlıq" meydanında növbəti mitinq keçiriləcək.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi liderlərindən biri, "İrs" Partiyasının sədri Raffi Ovannisyan bildirib.

Onun sözlərinə görə, ötən gecə meydandakı aksiya dinc keçib: ""Yeni Ermənistan" Hərəkatının rəhbəri Jirayr Sefilyan və "İrs" Partiyasının təmsilçisi Armen Martirosyan meydanda gecələyib".

R.Ovannisyan deyib ki, aksiya iştirakçıları mübarizəni davam etdirməyə hazırlaşırlar.

Xəbərə görə, Yerevandakı "Azadlıq" meydanında gecə 50-yə yaxın müxalifət təmsilçisi qalıb. Onlar bannerlərdən düzəltdikləri çadırda gecələyiblər.

Qeyd edək ki, dekabrın 6-da Ermənistanda yeni konstitusiya ilə bağlı referendum keçiriləcək. Dekabrın 1-də isə "Yeni Ermənistan" Milli Qurtuluş Cəbhəsi hakimiyyətin istefası tələbilə müddətsiz etiraz aksiyası keçirməyi başlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi