Bakı. 31 iyul. REPORT.AZ/ Ermənistanın paytaxtı Yerevanda keçirilən mitinqin iştirakçılarından biri özünü yandırmağa cəhd göstərib.
"Report" erməni mediasına istinadən xəbər verir ki, hadisə Baqramyan prospektində, prezident iqamətgahının yaxınlığında baş verib.
Belə ki, üstünə benzin tökmüş 50 yaşlı şəxs özünü öldürməyə cəhd göstərib. Lakin yaxınlıqdakı şəxslər alovun qarşısını alıblar.
O, xəstəxanaya polis maşınında getməkdən imtina edib və müalicə olunmağa etirazşılardan birinin avtomobili ilə gedib.
Qeyd edək ki, artıq neçə gündür Yerevanda minlərlə insan polis alayının binasını ələ keçirmiş silahlılara dəstək aksiyası keçirir.