Yerevanda məhbus qaçıb

Yerevanda məhbus qaçıb Onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir
Region
14 Noyabr , 2017 11:59
Yerevanda məhbus qaçıb

Bakı. 14 noyabr. REPORT.AZ/ Ermənistanda məhbus saxlanıldığı xəstəxanadan qaçıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Ədliyyə Nazirliyi yayıb.

“Nubaraşen” islah müəssisəsində cəza çəkən 30 yaşlı Telman Alaverdiyan Yerevandakı “Nork” yolxucu xəstəliklər xəstəxanasına yerləşdirilibmiş. O, noyabrın 14-də xəstəxanadan qaçıb. 

Məhbusun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilir. 

Son xəbərlər

Orphus sistemi