Bakı. 2 mart. REPORT.AZ/ Yerevanda "Nubaraşen" cəza müəssisəsində 40 yaşlı məhbus özünü asaraq intihar edib.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu hadisəni ölkə Ədliyyə Nazirliyinin cəza müəssisələri yanında ictimaiyyətlə əlaqə bölməsinin rəisi Qor Qleçyan da təsdiqləyib.
Onun sözlərinə görə, məhkum həbsxana kamerasında tək olmayıb: "Kamera yoldaşları ona yardım etməyə cəhd göstəriblər. Sonra həkimi çağırıblar, ancaq onu xilas etmək mümkün olmayıb".
Hadisə ilə bağlı araşdırma aparılır. Məhbusun kimliyi açıqlanmayıb.