Ermənistanda sahibkarlar hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər - YENİLƏNİB

Ermənistanda sahibkarlar hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər - YENİLƏNİB Bu gün Ermənistan paytaxtı Yerevanda lombard və valyuta dəyişmə məntəqələrinin əməkdaşları da etiraz aksiyası keçiriblər.
Region
11 Mart , 2019 12:36
Ermənistanda sahibkarlar hökumət binasının qarşısında etiraz aksiyası keçiriblər - YENİLƏNİB
0 : 00
0 : 00

Bu gün Ermənistan paytaxtı Yerevanda lombard və valyuta dəyişmə məntəqələrinin əməkdaşları da etiraz aksiyası keçiriblər.

“Report” “Novosti Armeniya” istinadən xəbər verir ki, hökumət binası qarşısına toplaşan sahibkarlar “Dövlət rüsumu haqqında” qanuna təklif olunan dəyişikliklərə etiraz ediblər.

Dəyişikliklərdə dövlət rüsumunun 60 dəfə artırlması nəzərdə tutulub.

Hazırda lombardlar 100 min dram (205 dollar) məbləğiondə rüsum ödəyirlər. Dəyişikliklər qüvvəyə mənəndən sonra isə bu rəqəm 6 milyon dram (12 min 296 dollar) olacaq.

“Bu qərar yoxsulluğu artıracaq, lombardlar bağlanacaq, adamlar işsiz qalacaq. Biz işləməsək ailəmizi kim saxlayacaq?”, - aksiya iştiraklçısı Ayk Saakyan vurğulayıb.

Aksiya iştirakçıları bildiriblər ki, hazırda Yerevanda və vilayətlərdə bu sahədə 1300 nəfər çalışır.  


*** 11:34

Ermənistan paytaxtı Yerevanda qazlı içkilər istehsal edən şirkətlərin nümayəndələri hökumət evinin qarşısında etiraz aksiyası keçiriblər.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Aksiya iştirakçıları ölkənin yeni hazırlanan Vergi Məcəlləsi layihəsində aksiz vergisinin artırılmasını nəzərdə tutan maddələrin ləğvini tələb edirlər. Aksiya iştıraçıları vurğulayıb ki, bu qazlı içkilərin qiymətinin bahalaşmasına səbəb olacaq.

Aksiya iştirakçıları “Hökumət orta biznesi məhv edir!”, “Mən limonadın bahalaşmasına qarşıyam!”, “Mən işsiz qalacağam!”, “Qazlı içkilərin qiymətinin bahalaşmasına yox!” şüarları yazılan plakatlar tutublar. 

Son xəbərlər

Orphus sistemi