Bakı. 15 avqust. REPORT.AZ/ Avqustun 16-da Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək.
"Report" "Sputnik-Ermənistan"a istinadən xəbər verir ki, görüşdə iştirak etmək üçün Ermənistana Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan müdafiə nazirliklərinin nümayəndə heyətləri, eləcə də KTMT-nin baş katibi Nikolay Bordyuja və Birləşmiş Qərargahın rəisi, general-polkovnik Anatoli Sidorov gələcək.
Qeyd edək ki, KTMT-yə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan daxildir.