Yerevanda kimya zavodunda yanğın ikinci gündür davam edir

Yerevanda kimya zavodunda yanğın ikinci gündür davam edir Dörd beton etinol rezervuarından 3-də yanğın söndürülüb
Region
29 Avqust , 2017 10:34
Yerevanda kimya zavodunda yanğın ikinci gündür davam edir

Bakı. 29 avqust. REPORT.AZ/ Yerevanda "Nairit" kimya zavodunda yanğın ikinci gündür davam edir.

"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar Nazirliyi zavodda yanğının söndürülməsi üzrə işlərin bütün gecə davam etdiyini bildirib.

Hazırda 4 beton etinol rezervuarından 3-də yanğın söndürülüb.

Xatırladaq ki, "Nairit" zavodunda yanğın siqnalı avqustun 28-də saat 13:10 radələrində daxil olub.

Qeyd edək ki, Ermənistanda uzun müddətdir fəaliyyət göstərən müəssisələrdən olan "Nairit" müflis olmaq həddindədir. Bu illər ərzində müəssisənin əvvəlcə Sənaye Nazirliyinə məxsus olan səhmləri bir neçə dəfə əldən-ələ keçib, lakin səhmdarlardan və investorlardan heç biri onun yenidənqurulması üçün lazımi miqdarda vəsait xərcləməyib. Müəssisə rəhbərliyi isə işçilərin əmək haqqının vaxtlı-vaxtında verilməməsi və digər ödənişlərin edilməməsi səbəbindən daim qalmaqalların mərkəzində olub.

2015-ci ilin fevral ayında zavodda çoxsaylı yüksək ixtisaslı mütəxəssislər də olmaqla işçilərin 2/3 hissəsi işdən azad edilib.

"Shamshyan.com" saytının yaydığı məlumata görə, yanğın zavodda rezervuarların birində baş vermiş partlayışdan sonra başlayıb.

Son xəbərlər

Orphus sistemi