Yuxarı

​Yerevanda keçirilən mitinqdə erməni dosent polislər tərəfindən döyülüb - FOTO

Marat Yavrumyan həddi-buluğa çatmamış qızının gözü qarşısında polislərin hücumuna məruz qalıb

Bakı. 31 iyul. REPORT.AZ/ Ermənistanın paytaxtında polis alayının binasını ələ keçirmiş şəxslərə dəstək məqsədilə keçirilən mitinqdə Yerevan Dövlət Universitetinin ərəbşünas kafedrasının dosenti polis əməkdaşları tərəfindən döyülüb.

"Report" "News.am"a istinadən xəbər verir ki, Marat Yavrumyan həddi-buluğa çatmamış qızının gözü qarşısında polislərin hücumuna məruz qalıb.

Yerevan Dövlət Universitetinin ərəbşünas kafedrasının əməkdaşları bununla bağlı bəyanat yayaraq, polislərin dosenti həddi-buluğa çatmamış qızının gözü qarşısında vəhşicəsinə döymələrindən, ona ağır xəsarətlər yetirmələrindən, qızının psixologiyasına zərbə endirməsindən şikayət ediblər.

"Tələb edirik ki, videogörüntülərlə qanunu pozan polis əməkdaşlarının şəxsiyyəti müəyyənləşdirilsin və onlar məsuliyyətə cəlb edilsinlər" – deyə bəyanatda bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi