Yerevanda İran vətəndaşının meyiti asılmış vəziyyətdə tapılıb

Yerevanda İran vətəndaşının meyiti asılmış vəziyyətdə tapılıb Hadisə ilə bağlı araşdırma aparılır
Region
29 Mart , 2017 17:36
Yerevanda İran vətəndaşının meyiti asılmış vəziyyətdə tapılıb

Bakı. 29 mart. REPORT.AZ/ Yerevanda İran vətəndaşının meyiti asılmış vəziyyətdə tapılıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Belə ki, 30-35 yaşlarında kişi turist qismində Ermənistana səfər edib və Aygedzor 3 ünvanındakı mənzili icarəyə götürüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, İran vətəndaşının meyiti martın 28-də günorta saatlarında aşkar olunub.

Son xəbərlər

Orphus sistemi