Yerevanda həkimləri girov götürənlər şərtlərini irəli sürüb

Yerevanda həkimləri girov götürənlər şərtlərini irəli sürüb Silahlı qruplaşma ələ keçirdikləri binaya səhiyyə naziri Armen Muradyan və həkimlərin gətirilməsini tələb edir
Region
27 İyul , 2016 14:34
Yerevanda həkimləri girov götürənlər şərtlərini irəli sürüb

Bakı. 27 iyul. REPORT.AZ/ Yerevanda post-patrul xidməti alayının binasında təcili-tibbi yardım həkimlərini girov götürən silahlı qruplaşma girovların azad edilməsi qarşılığında öz şərtlərini irəli sürüb.

"Report" "NewsArmenia" portalına istinadən xəbər verir ki, silahlı qruplaşma ələ keçirdikləri binaya səhiyyə naziri Armen Muradyan və həkimlərin gətirilməsini tələb edir.

"Silahlı qruplaşmanın üzvləri ələ keçirdikləri alayın ərazisində yaralanmış üzvlərinin əməliyyat olunmasını tələb edir", - deyə Ermənistan Səhiyyə Nazirliyinin mətbuat katibi Anait Aytayan bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın polisinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Aşot Aqaronyan polislə silahlı atışmada yaralanmış qruplaşma üzvlərinə tibbi yardım göstərmək üçün hadisə yerinə getmiş həkimlərin girov götürüldüyünü bəyan etmişdi.

Xatırladaq ki, iyulun 27-nə keçən gecə silahlı qruplaşmanın üzvləri ilə polis arasında atışma baş verib. Atışma nəticəsində 3 nəfər - qruplaşmanın lideri Pavel Manukyan, onun oğlu Aram, eləcə də hüquq-mühafizə orqanlarının bir əməkdaşı yaralanıb. Polisin məlumatına görə, daha iki yaralı qruplaşma üzvü alayın ərazisindədir.

Son xəbərlər

Orphus sistemi