Yerevanda girov götürülənlərin hamısı azad olunub

Yerevanda girov götürülənlərin hamısı azad olunub Ələ keçirilən binadan Ermənistan polis rəisinin müavini və Yerevan üzrə polis idarəsinin rəis müavini buraxılıb
Region
23 İyul , 2016 15:19
Yerevanda girov götürülənlərin hamısı azad olunub

Bakı. 23 iyul. REPORT.AZ/ Yerevanda polis şöbəsini ələ keçirən şəxslər qalan iki girovu - Ermənistan polis rəisinin müavini, polis general-mayoru Vartan Yeqizaryanı və Yerevan üzrə polis idarəsinin rəis müavini, polis polkovniki Valeri Osipyanı azadlığa buraxıblar. 

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.

Polis binasını ələ keçirən şəxslər daha heç kimi girov saxlamayıblar. Bu gün daha iki girov azad edilib. 

Xatırladaq ki, iyulun 17-də səhər saatlarında bir qrup silahlı şəxs polis binasını ələ keçirib. Bu zaman bir polis həlak olub, 4 nəfər yaralanıb. 

Son xəbərlər

Orphus sistemi