Ermənistanda etiraz aksiyası keçirilir

Ermənistanda etiraz aksiyası keçirilir Erməni fermerlər Yerevanda hökumət binası qarşısında aksiya keçirərək mal-qaranın kəsilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını tələb edirlər.
Region
17 Yanvar , 2020 16:22
Ermənistanda etiraz aksiyası keçirilir

Erməni fermerlər Yerevanda hökumət binası qarşısında aksiya keçirərək mal-qaranın kəsilməsinə qoyulan məhdudiyyətin aradan qaldırılmasını tələb edirlər.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

"Kəndlilərin mal-qaranı kəsim məntəqlərinə çatdırmaq, orada kəsimə görə pul ödəmək imkanları yoxdur. Bu cür qaydalar Ermənistanda heyvandarlıq təsərrüfatını məhv edəcək. Qadağanın aradan qaldırılması üçün magistral yolların bağlanmasına qədər istənilən addıma hazırıq”, - aksiya iştirakçılarından biri söyləyib.

Etirazçılar aksiyanı yanvarın 20-də hökumət binası qarşısında davam etdirəcəklərini əlavə ediblər.

Qeyd edək ki, yanvarın 15-dən etibarən Ermənistanda fermerlərin mal-qaranı yalnız xüsusi təchiz olunmuş kəsim məntəqələrində kəsdirəcəyi təqdirdə ət sata biləcəyinə dair tələb qüvvəyə minib. 

Son xəbərlər

Orphus sistemi