Yerevanda eyni ailədə ikinci intihar hadisəsi baş verib

Yerevanda eyni ailədə ikinci intihar hadisəsi baş verib Ermənistanın paytaxtı Yerevanda intihar hadisəsi baş verib.
Region
14 İyun , 2019 05:52
Yerevanda eyni ailədə ikinci intihar hadisəsi baş verib

Ermənistanın paytaxtı Yerevanda intihar hadisəsi baş verib.

"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, hadisə paytaxtın mərkəzində qeydə alınıb.

Məlumata görə, şəhər sakinləri 19 yaşlı gəncin meyitini ağacdan asılmış vəziyyətdə aşkar ediblər. Qeyd edilir ki, intihar etmiş şəxs şəhərin rayonlarından birindəki gül mağazasında satıcı işləyib. 

Bu, həmin ailədə qeydə alınmış ikinci intihar hadisəsidir. Belə ki, ötən il gəncin qardaşı da özünü öldürüb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisənin başvermə şəraiti müəyyənləşdirilir. 

Son xəbərlər

Orphus sistemi