Yuxarı

​Yerevanda etiraz olaraq, ağzını tikən gənc xəstəxanaya aparılıb

Etiraz aksiyasının liderlərindən biri olan David Sanasaryan isə aclıq aksiyasını davam etdirir

Bakı. 7 iyul. REPORT.AZ/ Yerevanda "Azadlıq" meydanında ağzını tikən aksiya iştirakçısı 28 yaşlı Ovanes Karapetyan "təcili yardım" maşını ilə xəstəxanaya aparılıb.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Ovanes Karapetyan dostlarının, polisin çağırışlarını nəzərə alaraq, ağzındakı tikişin sökülməsinə razılıq verib.

Bir müddət öncə o, bildirmişdi ki, ağzını ölkəsindəki mövcud rejimə etiraz olaraq, tikib.

Etiraz aksiyasının liderlərindən biri David Sanasaryan isə aclıq aksiyasını davam etdirir. O, bu yaxınlarda polis tərəfindən saxlanılarkən, aldığı yüngül baş-beyin silkələnməsindən xəstəxanaya yerləşdirilmişdi. Gecə o da "Azadlıq" meydanında qalanlara qoşulub. Məlumata əsasən, hazırda David Sanasaryan özünü normal hiss edir.

Xatırladaq ki, Ermənistanda elektrik enerjisinin bahalaşmasına qarşı iyunun 19-dan etiraz aksiyaları keçirilirdi. İyunun 23-də səhər saatlarında polis paytaxt Yerevanda keçirilən aksiyanı zorakılıqla dağıtmış və həmin gün 237 aksiya iştirakçısı həbs olunmuşdu. Ötən gün isə Yerevanın Baqramyan prospektindəki aksiya dağıdılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi